Səfər Əbiyevin oğlunun borcu üzə çıxdı - ŞİKAYƏT
Keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlu Roman Əbiyevin 20 nəfərə borcu var.
Zərərçəkənlərin bildirdiyinə görə, onlar Roman Əbiyevə məxsus və onun tərəfindən idarə olunan “Alatava Pub” obyektini uzun müddət ərzaq məhsulları ilə təmin ediblər. Lakin təxminən bir ilə yaxındır ki, ödənişlər demək olar ki, dayandırılıb.
Məsələ ilə bağlı Aynurə Seyidova Bakupost.az-a çıqlamasında bildirib ki, qeyd olunan borc yeni məsələ deyil və ödənişlərin gecikməsi restoranın fəaliyyətinin ciddi şəkildə zəifləməsi ilə əlaqədardır.
Onun sözlərinə görə, yaranmış vəziyyətdən Roman Əbiyevin də məlumatı var:
“Bu, çoxdanın məsələsidir. Təəssüf ki, hazırda borcu ödəməyə imkan yoxdur. Restoranın işi xeyli zəifləyib. Məncə bizim rəhbərliyin də pulu yoxdu ki, borcları ödəsin və bizi bu bəladan qurtarsın”.
