Sosial şəbəkədə biz:
Qubanın bədnam icra başçısının adı sauna qalmaqalında
Xəbər Şəkli

Qubanın bədnam icra başçısının adı sauna qalmaqalında

18 February 2026, 11:48
Cəmiyyət

Bir vaxtlar Quba rayonuna rəhbərlik edən, adı 2012-ci ilin kütləvi etirazları ilə tarixə düşən sabiq icra başçısı Rauf Həbibov yenidən müzakirə mövzusudur. Bu dəfə söhbət zəhmət haqqından gedir.

İddialara görə, Rauf Həbibov lüks sauna tikdirib.

Ustalar aylarla işləyib, fəhlələr gecə-gündüz tər töküb, obyekt hazır vəziyyətə gətirilib. Hər şey tamamlanıb. Qovğa da bu vaxt yaranıb. Sabiq başçı usta və fəhlələrə 53 min manatlıq əmək haqqını ödəməkdən yayınır. Bildirilir ki, bu məbləğ məhz həmin tikintidə çalışan ustalara və fəhlələrə verilməli idi. Amma pul ödənilməyib. Bir sözlə, iddiaya görə, sabiq icra başçısı fəhlələrin haqqını vermir ki, vermir.

53 min manat bəlkə də hansısa məmur üçün “xərclər cədvəli”nin bir sətri ola bilər. Amma fəhlə üçün bu, aylarla evinə aparmadığı çörəkpulu, övladının təhsil haqqı, ailəsinin dolanışığı deməkdir.

Hamının yadındadır ki, 2012-ci ildə Quba məhz Rauf Həbibovun hətərən-pətərən çıxışından sonra qarışmış, insanlar küçələrə çıxmışdı. Kütləvi etirazların ardınca Rauf Həbibov vəzifəsindən azad edilmişdi. Həmin hadisələr cəmiyyətə səbrin də bir həddi var mesajını vermişdi. İndi isə fərqli miqyasda olsa da, Rauf Həbibov eyni mövzu ilə gündəmdədir – ortada ondan ciddi narazılıq, haqqın tapdanması və ədalət tələbi var.  Musavat.com