Sosial şəbəkədə biz:
Məşhur yazıçı AYB-dən istefa verdi
Xəbər Şəkli

Məşhur yazıçı AYB-dən istefa verdi

22 January 2026, 08:43
Cəmiyyət

Yazıçı-şair Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edib.

Bu haqda ədib özü məlumat yayıb. Bildirib ki, qurumun üzvlük məsələsi ilə bağlı son qərarını verib:

“AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram...

Nə isə... Fikrimi ilk dəfə burdan bildirirəm: xoşca qalın, getdim...”