Sosial şəbəkədə biz:
"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə
Xəbər Şəkli

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

15 February 2026, 10:41
Cəmiyyət

Xəbər verdiyimiz kimi, fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Manset.az vəzifəsindən azad edilən fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə ilə əlaqə saxlayıb.

O, işdən çıxarılması ilə bağlı məlumatı təkzib etməyib və geniş danışmaq istəmədiyini bildirib.

"Mən bu barədə nə deyə bilərəm ki? Çox sağ olun. Mən xidmət etmişəm. Təşəkkür edirəm".

General jurnalistin "Qəfil vəzifənizdən niyə azad olundunuz?" sualını isə cavabsız qoyub.