Sosial şəbəkədə biz:

"Melissa Park"ın sakini çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız" - VİDEO

"Melissa Park"ın sakini çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız" - VİDEO

"Melissa Park" yaşayış kompleksinin sakini Baku TV-nin qaynar xəttinə müraciət edərək üzləşdiyi problemin həll olunmasında kömək istəyib.

O, adıçəkilən yaşayış kompleksinin "G" binasının 3-cü blokundan aldığı mənzildə ciddi texniki və konstruktiv problemlərin olduğunu deyir.

"Evdə çatlar aşkarladım. İlk olaraq hamamdakı kafeldə sınıq gördüm. Əlaqə saxlayanda deyildi ki, yəqin, ehtiyatsızlıq edərək özünüz sındırmısınız. MTK-nın rəhbərliyindən bildirildi ki, mənzilə çəkilən xərci, dəymiş ziyanı siyahılaşdırın, pulunuzu ödəyəcəyik. Amma verilməli olan məbləğdən təxminən 5 min manat az ödəniş təklif olundu", - deyə şikayətçi Elnurə Yusubova söyləyib.

Onun sözlərinə görə, dəfələrlə həm tikinti şirkətinə, həm də binanın komendantına bu barədə bildirsə də, heç bir ciddi tədbir görülməyib.

Daha ətraflı süjetdə:


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol