Sosial şəbəkədə biz:
Kəmaləddin Heydərov polkovniki işdən çıxardı
Xəbər Şəkli

Kəmaləddin Heydərov polkovniki işdən çıxardı

06 January 2026, 11:32
Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğindan Mühafizə Xidmətinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi işdən çıxarılıb. 

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2015-ci ildən sözügedən qurumun rəisi olan polkovnik Mahmudov Sədi Əliağa oğlu vəzifəsindən azad olunaraq, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.  

Nazirin digər əmri ilə Xidmətinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq mayor Elşad Məmmədova tapşırılıb. Qaynarinfo