Sosial şəbəkədə biz:
İTV-yə 3-cü dəfə rəhbərlik edəcək Balakişi Qasımov KİMDİR?
Xəbər Şəkli

İTV-yə 3-cü dəfə rəhbərlik edəcək Balakişi Qasımov KİMDİR?

25 May 2026, 17:24
Cəmiyyət

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub. Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən, həm də yekdilliklə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

Balakişi Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci il Bakı şəhərində anadan olub. Təhsilini Bakı şəhər 1 saylı orta məktəbində alıb. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib. Toyuqlu pizza

"Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Kim? Harda? Nə vaxt?" oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəri olan Balaş Qasımov 2004-cü ildən klub oyunlarının iştirakçısıdır.

2004-cü ildə "Kim? Harda? Nə vaxt?" oyununun idman variantı üzrə dünya çempionu olub. Onun komandası bu növdə mütləq dünya çempionu olub. "Kim? Harda? Nə vaxt?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olmuşdur. Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.

2010-cu ildə beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası Balakişi Qasımovu "İlin adamı" seçilib.

Həmin ilin yekunlarına əsasən, o, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.

B.Qasımov Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə hazırlanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının işçi qrupunun da tərkibində yer alıb.

29 aprel 2019-cu ildə "Tərəqqi" medalı ilə təltif edilib. 21 iyul 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb.

Balakişi Qasımov 2018-2022 və 2022-2026-cı illərdə İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının baş direktoru olub. Bu, onun İctimai TV-yə üçüncü 3 rəhbərlik dövrüdür.

“İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə görə Yayım Şurasının 9 üzvündən ən azı 6-nın səsini alan iddiaçı baş direktor seçkisini qazanır.

Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.       yenisabah