Hərbçimiz təlim zamanı həlak olub - Fotolar
Azərbaycan ordusunun hərbçisi həlak olub.
Hərbçi Quliyev Ələkbər Rizvan oğlu təlimdə paraşütün açılmaması nəticəsində həyatını itirib.
O, bu gün doğulduğu Biləsuvar rayonunun Əliabad kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, 7 il ordu sıralarından xidmət edən Ə.Quliyev Vətən müharibəsində qəhrəmancasına döyüşüb. Subay idi. (Qafqazinfo)


