Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? – Siyahı
Açıqlanan son rəsmi məlumata görə, daimi yaşamaq üçün il ərzində Azərbaycana 3 min 16 nəfər xarici vətəndaş gəlib.
Əsas istiqamətlər Rusiya və Gürcüstan olub.
Rusiyadan 1 092 nəfər, Gürcüstandan isə 1 121 nəfər Azərbaycana daimi yaşamaq üçün gəlib. Bunlardan başqa Türkiyədən 235 nəfər, Ukraynadan 152 nəfər, Türkmənistandan 98 nəfər, Qazaxıstandan isə 96 nəfər ölkəyə köç edib.
Özbəkistandan gələnlərin sayı 68 nəfər, İrandan gələnlərin sayı 27 nəfər olub. Böyük Britaniya və Şimali İrlandiyadan 12 nəfər, Belarusdan 12 nəfər, Qırğızıstandan 19 nəfər, Pakistandan isə 14 nəfər Azərbaycana daimi yaşamaq üçün gəlib.
MDB ölkələrindən gələnlərin ümumi sayı 1 548 nəfər təşkil edib. Digər xarici ölkələrdən gələnlərin sayı isə 1 468 nəfər olub.
Rəsmi statistikanın açıqlandığı son bir il ərzində Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkələr üzrə aşağıdakı kimi olub:
Gürcüstan – 1 121 nəfər
Rusiya Federasiyası – 1 092 nəfər
Türkiyə – 235 nəfər
Ukrayna – 152 nəfər
Türkmənistan – 98 nəfər
Qazaxıstan – 96 nəfər
Özbəkistan – 68 nəfər
İran – 27 nəfər
Qırğızıstan – 19 nəfər
Pakistan – 14 nəfər
Böyük Britaniya – 12 nəfər
Belarus – 12 nəfər
Almaniya – 8 nəfər
Əfqanıstan – 8 nəfər
Moldova – 7 nəfər
ABŞ – 5 nəfər
Hindistan – 5 nəfər
İsrail – 4 nəfər
Tacikistan – 4 nəfər
Latviya – 1 nəfər
Polşa – 1 nəfər
Digər xarici ölkələr – 27 nəfər
Yeniavaz