Sosial şəbəkədə biz:
Bazarlarda satılan düyü niyə bişmir? – AÇIQLAMA
Xəbər Şəkli

Bazarlarda satılan düyü niyə bişmir? – AÇIQLAMA

24 February 2026, 08:23
Cəmiyyət

Mətbəxlərin əsas ərzaqlarından hesab edilən düyü ilə bağlı narazılıqlar artır. Alıcılar düyülərin bişmədiyini və sərt qaldığını bildirirlər.

Qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov Pravda.az-a açıqlamasında deyib ki, düyünün dad və qoxusuna dair kifayət qədər müştəri şikayəti mövcuddur:

“İdxal olunan düyülər heç zaman yerli istehsal düyülərin dadını verə bilmir. Digər məsələ bunların südlə bişirilməsi məsələsidir ki, çubuq kimi qalır. Uzun düyülər daha sərt olur, onlar südlə bişmirlər. Qısa, yumru düyülər isə südlə bişən zaman həmin nəticəni verir və normal şəkildə bişmiş düyü hesab oluna bilir. Cilalanma zamanı da düyünün bişməsi və dadında, qoxusunda  problemlər yarana bilir. Nəzərə alsaq ki, düyünün tam hissəsi nişastadır, həddindən artıq cilalanarsa, qida dəyəri azalır, istənilən dadı, ətri vermir. Bir də idxal olunan düyülərin saxlama şəraitindən asılı olaraq, rütubətli yerdə saxlanılarsa, saxlama şəraiti keçmiş olarsa, köhnə olarsa, bu zaman da yaxşı dad verməyəcək. Parboiled düyü emal olunmuş düyü sayılır. Emal zamanı daha çox cilalayırlar, yumşaldılır, sonra texnologiya vasitəsilə qurudulur və yenidən ağ rəngi alır, ancaq qida dəyəri azalır, sərt teksturaya malik olur. Görüntü öz yerində qalır amma dadı, qoxusu gedir. Üstəlik bərk olduğu üçün sıyıqda bişmir. Bunu bişirmək üçün uzun müddət tələb edilir. Bu düyülər də bazarlarda müştərilərə təqdim edilir və haqlı narazılıqlar yaradır”.