Sosial şəbəkədə biz:

Azovda həlak olanların nəşi vətənə gətirildi

Azovda həlak olanların nəşi vətənə gətirildi
Xəbər Şəkli
11 June 2026, 09:14
Cəmiyyət

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində vətənə gətirilib.

Bu barədə XİN məlumat yayıb. 

"Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə məlumatda qeyd edilib.