Sosial şəbəkədə biz:
Ayrılan pullara təəccüblənmək səriştəsizlikdir − Kənan Quluzadə
Xəbər Şəkli

Ayrılan pullara təəccüblənmək səriştəsizlikdir − Kənan Quluzadə

28 January 2026, 08:35
Cəmiyyət

Dövlət Turizm Agentliyi xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin Azərbaycana tanışlıq səfərlərini təşkil edəcək. Agentlik bu məqsədlə 4 tender müsabiqəsi elan edib.
Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə məsələ ilə bağlı “Report”a açıqlama verib.
Bildirilib ki, turizmdən əldə olunan milyardlarla gəlirin fonunda dövlət xərclərinin “ekspertlər tərəfindən yenidən formatlaşdırılması” cəhdləri “sadəlöhv” görünür:
“Məsələn, bu günlərdə bəzi media platformaları xarici jurnalistlərin, bloger və turizm sənayesinin nümayəndələrinin Azərbaycan turizminin dünya bazarında təşviqi məqsədilə cəlb olunmasına ayrılan xərclərə təəccüblənirlər. Bu, səriştəsizliyin göstəricisidir. Turizm sahəsində rəqəmsal marketinq turistlərin cəlb edilməsinin əsas vasitələrindən biridir. Dünyada səyahətçilərin üçdə birindən çoxu səyahət ideyalarının axtarışı üçün sosial şəbəkələrə müraciət edir. Şəbəkələrdə aktiv olmaq sadəcə bizim seçimimiz deyil, bir zərurətdir. Bu istiqamətdə artıq qeyd etdiyim kimi, xərclər baxımından, hətta qonşularımızdan da geriyə qalmışıq. Buna görə də yaxın gələcəkdə ən azından rəqabət qabiliyyətimizin artırılması üçün biz məşhur şüarda deyildiyi kimi, nəinki təkcə onlara çatmalı, hətta onları ötüb keçməliyik”.