Çərşənbə , İyun 16 2021
Ana səhifə / Tibb / “Zəif peyvənddən istifadə edən ölkələrdə artımın olması normaldır”- Bioloq

“Zəif peyvənddən istifadə edən ölkələrdə artımın olması normaldır”- Bioloq

“George Mason” Universitetinin professoru, bioloq Ança Baranova bəzi yerlərdə əhalinin 100 faiz vaksinasiyadan keçməsinə rəğmən virusun yenidən alovlanmasının səbəbini izah edib.

O bir sıra vaksinlərin istifadəsindən sonra infeksiyanın yayılmasında artımın baş verəcəyini təbii hal sayıb. Baranova buna səbəb kimi əhaliyə nisbətən zəif peyvənd vurulmasını göstərib.

“İnsanlar “Sputnik V”, “Pfizer” və “Moderna”dan daha zəif peyvəndlərlə vaksinasiyadan keçərlərsə, “COVID-19″-un yayılmasında artım yenidən başlaya bilər. Seyşel adalarında əhalinin 100 faiz peyvəndlənməsi baş tutub. Lakin bir müddət sonra xəstəlik yenidən alovlandı. Fakt budur ki, Seyşeldə o qədər də təsirli olmayan peyvəndlərdən istifadə edilib”, – deyə professor bildirib.

Həmçinin oxuyun

Vaksinlər arasında ən etibarlısı hansıdır?

Karantin rejiminin yumşalmasının ilk həftəsi bitmək üzrədir. Bəs görəsən, hazırki epidemioloji vəziyyət dəyişə bilərmi? Real …