Çərşənbə , İyun 16 2021
Ana səhifə / Tibb / Yoluxması rəsmiləşməyənlər 6 ay keçmədən vaksin vurdura bilər?

Yoluxması rəsmiləşməyənlər 6 ay keçmədən vaksin vurdura bilər?

“COVID-ə yoluxub, lakin test verib bunu rəsmiləşdirməyən xəstələr yoluxma hadisəsindən 6 ay keçmədən də vaksinasiya oluna bilər”.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, orqanizmdə olan IgG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir məlumat yoxdur: “Yəni koronavirusa yoluxan şəxsin orqanizmində sağaldıqdan sonra az miqdarda anticismlərin qalması vaksinasiyaya əks göstəriş deyil və hər hansı fəsad doğura bilməz”.
Qeyd olunub ki, xəstəliyi simptomsuz və ya yüngül keçirən insanların bəzilərində yaranan anticismlərin titri ya aşağı olur və ya ümumiyyətlə olmur. Bu səbəbdən seroloji müayinədə pozitiv nəticə olsa belə, peyvənd orqanizmə daha güclü dəstək göstərəcək.

Həmçinin oxuyun

Vaksinlər arasında ən etibarlısı hansıdır?

Karantin rejiminin yumşalmasının ilk həftəsi bitmək üzrədir. Bəs görəsən, hazırki epidemioloji vəziyyət dəyişə bilərmi? Real …