Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Tibb / Yenidən həyata qayıdan xəstədən transplatoloqa dərin minnətdarlıq

Yenidən həyata qayıdan xəstədən transplatoloqa dərin minnətdarlıq

Redaksiyamıza müraciət edən Abşeron rayonu sakini – Şükürova Alimə Murad qızı öz adından tanınmış transplatoloq həkim Mircəlal Kazımıyə dərin təşəkkürünü çatdırmağı xahiş edir. Xanımın sözlərinə görə, 2019-cu ilin məhz bu günündə Mircəlal həkim onun üzərində qara ciyər transplatasiyası əməliyyatını həyata keçirib: “Mənim ailəm, doğmalarım əllərini hər yerdən üzmüşdürlər. Bizə dedilər ki, belə bir əməliyyatı yalnız xarici ölkələrdə, özü də külli miqdarda pulun müqabilində etmək mümkündür.

Ancaq biz ölkəmizdə Mircəlal həkim kimi mütəxəssisin olduğunu eşitdikdən sonra , ona müraciət etdik. Mircəlal həkim əlindən gələn köməkliyi bizə göstərdi və mənim əməliyyatım uğurla yekunlaşdı. Artıq iki ildir ki, mən öz sağlamlığıma qovuşmuşam. Müəllimə kimi öz işimi davam etdirirəm. Buna görə Mircəlal həkimə özümün və ailəmizin adından dərin təşəkkürümü bildirirəm. Allah onun şəfalı əllərini Azərbaycanımızdan əksik etməsin!”

Azinforum.az

Həmçinin oxuyun

Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? – AÇIQLAMA

Koronavirusa yoluxmuş vərəm xəstələri arasında dərmanlara həssas və davamlı olanlar var. Bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri …