Cümə , Aprel 19 2024
Ana səhifə / Tibb / Yeni tibbi sayt fəaliyyətə başladı

Yeni tibbi sayt fəaliyyətə başladı

Bu gündən onlayn mediada yeni internet portalı fəaliyyətə başlayıb. “Sehhet.az” adlı sayt  tibbi yönümlü internet resursudur, saytda ancaq tibb və səhiyyə xəbərləri və yazıları dərc edir.

Sayt rəhbərliyinin məlumatına görə, layihənin məqsədi cəmiyyətin səhiyyə və tibb xəbərləri sahəsində ixtisaslaşmış internet-resursa olan tələbatının qarşılanmasında iştirak etmək, tibbi maarifləndirməyə yardımçı olmaq, səhiyyə sahəsində ölkədə aparılan islahatlara dəstək verməkdir.

Oxucular saytda səhiyyə ilə bağlı rəsmi xəbərləri, açıqlamaları, elm adamları, mütəxəssislərlə, həkimlərlə maraqlı müsahibələri oxuya, dünyada və ölkədə tibblə bağlı son yenilikləri öyrənə, elmi nailiyyətlərlə tanış ola bilərlər.

Oxucular həkim məsləhətləri, ənənəvi tibbi müalicə üsulları ilə də tanış ola bilərlər.

Burada verilən məqalələr etibarlı mənbələrdən istifadə edərək tərtib edilir. Digər tərəfdən saytda Azərbaycanın ən peşəkar və təcrübəli həkimləri yer alır Buradan istifadə edərək siz həkimlərə sual ünvanlaya bilə və ya xəstəliyinizə uyğun həkim tapa bilərsiniz. Saytın yaradıcısı tanınmış jurnalist Amil Hacıyevdir

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …