Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Tibb / Yeni tədqiqat: “Moderna” vaksini yeni infeksiyaların 95 faizinin qarşısını alıb

Yeni tədqiqat: “Moderna” vaksini yeni infeksiyaların 95 faizinin qarşısını alıb

“JAMA Network Open” jurnalında dərc olunan yeni tədqiqatın nəticələrinə görə, COVID-19 əleyhinə “Moderna” vaksininin iki dozasından birinin tətbiqi peyvəndləmədən iki həftə sonra tibb işçiləri arasında yeni infeksiyaların qarşısını təxminən 95 faiz alıb.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri tibbi personalın “Moderna” vaksininin birinci dozası ilə peyvəndlənməsindən artıq bir həftə sonra yeni xəstəliklərin qarşısının alınmasında 78 faiz effektli olmasını göstərib.

Boston şəhərinin hospitallar sistemindən olan tədqiqatçılar bildiriblər ki, vaksinlənən 3400 tibb işçisindən 39 nəfəri (1 faizdən azca artıq) sonradan bu virusa yoluxublar.

Bu tədqiqatdan ötrü ekspertlər Boston ərazisində COVID-19-a yeni yoluxma hallarının qış aylarında yayıldığı vaxt “Moderna” vaksinin birinci dozasının effektliliyini yoxlayıblar.

Həmçinin oxuyun

“Caspian İnternational Hospital”dan vətəndaşlara hörmətsizlik – Çağrı mərkəzi niyə işləmir?

Jurnalist Məhəmmədəli Qəribli özünün sosisl media hesabında “Caspian İnternational Hospital”-ın vətəndaşlara etdiyi hörmətsiliklə bağlı post …