Bazar , Noyabr 29 2020
Ana səhifə / Tibb / Yeni pandemiya riski barədə xəbərdarlıq

Yeni pandemiya riski barədə xəbərdarlıq

Alimlər daha çox yarasalardan insanlara keçən “Nipax” virusuna görə yeni pandemiyanın yaranması təhlükəsi barədə xəbərdarlıq ediblər.

Mütəxəssislər qeyd ediblər ki, xəstəlik hər il Banqladeş və Hindistanın sıx məskunlaşmış ərazilərində yaranır. Onların sözlərinə görə, insanlar virusa üzərində yarasaların tüpürcəyinin olduğu meyvələr vasitəsilə yoluxur.

Alimlər vurğulayıblar ki, xəstəliyin virusla yoluxmadan sonra ölüm sayı 90% təşkil edir. Bu halda onun dərmanı və peyvəndi yoxdur.

Onlar əlavə ediblər ki, “Nipax” SARS-CoV-2-la müqayisədə insandan insana daha mürəkkəb şəraitdə ötürülür, ancaq onun yayılması sürətlənir və istisna deyil ki, virusun dəyişmiş xüsusiyyətli ştamları artıq yarasalardadır.

“Və əgər bu olsa, xəstəlikdən ölüm halları geniş yayıla bilər”, – həkim Conatan Epşteyn deyib. (Report)

Həmçinin oxuyun

Qorxulu yuxuların faydası

Yuxular insanları potensial olaraq təhlükəyə hazırlamağa qadirdir. Bu nəticəyə “Human Brain Mapping” jurnalında öz tədqiqatlarını …