Ana səhifə / Tibb / Xərçəngdən ölümün qarşısını almağın yolu tapıldı

Xərçəngdən ölümün qarşısını almağın yolu tapıldı

İsveçrədən olan tədqiqatçılar qrupu xərçəngin müalicəsini çətinləşdirən və xəstənin vəziyyəti barədə pis proqnozun verilməsinə səbəb olan metastazların meydana gəlməsinin qarşısını almaq üçün bir yol tapıb.

 Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Science Alert” nəşri məlumat yayıb.

Burada əsas rolu Aktivin B və ALK7 reseptoru kimi birləşmələr oynayır. Eksperimentlər zamanı tədqiqatçılar siçan modeli üzərində neyroendokrin mədəaltı xərçəngi və süd vəzinin xərçəngindən istifadə ediblər. Məlum olub ki, ALK7-nin varlığı şişlərin təkrarlanma ehtimalının daha az olmasını təmin edir. Bununla yanaşı, metastazların inkişafı reseptor konsentrasiyasının yüksək səviyyəsində tormozlanır.

Hər iki molekul sinir yolunda iştirak edir və xərçəng hüceyrələrini proqramlaşdırılmış hüceyrə ölümü mərhələsinə – apoptoza girməyə məcbur edir. Reseptorun aktivləşdirilməsi ligandın aktivin B-yə bağlanması zamanı baş verir.

Məlumdur ki, aktivinlər, başda B aktivini olmaqla, hüceyrənin böyüməsi və yayılmasında, metobolizmdə, immun cavabın verilməsində və menstrual dövrün tənzimləməsində rol oynayır.

Alimlərin sözlərinə görə, əldə edilən nəticələr əsasında xərçəngin yeni müalicə üsullarını inkişaf etdirmək üçün daha çox tədqiqat aparmaq lazımdır. Bu metodun inkişaf etdirilməsi ölümcül xərçəng şişlərinin metastaz verməsinin qarşını almağa, bu yolla ölümü əngəlləməyə gətirib çıxaracaq.

Həmçinin oxuyun

SƏHİYYƏ NAZİRLİYİNİN “ARAŞH” SEVGİSİ… – 10 ildir tenderləri niyə eyni şirkət qazanır?

Oqtay Əsədovun qardaşı oğlunun şirkəti növbəti 5 milyonluq tenderi qazanıb Mayın 20-də Səhiyyə Nazirliyi Bakıdakı …