Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Tibb / Xərçəng riskini azaldan ədviyyatlar

Xərçəng riskini azaldan ədviyyatlar

Rusiyalı dietoloq Tatyana Dik xərçəng riskini azaldan beş ədviyyatı qida rasionuna daxil etməyi tövsiyə edib.

Onun sözlərinə görə, kəklikotu, oreqano (Adi qaraqınıq), darçın, adaçayı və sarıkökün tərkibində xərçəng əleyhinə təsir göstərən bir çox antioksidan var.

“Bundan başqa, darçın qan şəkərini aşağı salır və ürək-damar xəstəlikləri riskini azaldır. Sarıkök öz növbəsində, arıqlamağa kömək edir və beyin funksiyasını yaxşılaşdırır”, – deyə mütəxəssis vurğulayıb.

Həkim qeyd edib ki, adaçayı həzm pozğunluğuna kömək edir, kəklikotu soyuqdəymə zamanı, oreqano isə həzm sisteminin işinə müsbət təsir edir.

Həmçinin oxuyun

“Azərbaycanda Sinovac peyvəndi dayandırılmalı, təcili olaraq əhaliyə…” – CAĞIRIŞ

Azərbaycanda kovidə qarşı 1 ildən çoxdur əhaliyə vurulan Sinovac peyvəndinin koronavirusa qarşı effektiv təsiri və …