Ana səhifə / Tibb / “Virus getdikcə zəifləyir”

“Virus getdikcə zəifləyir”

Koronavirusdan qorxmayın! Ölkəmizdə koronavirus aşkar edilən ilk aylardan bu işin içində olan bir həkim kimi sizə məlumatlar verirəm.

Hazırkı korinavirus mutantının və ya mutantlarının yaratdığı xəstəlik əvvəlkilərdən yüngüldür. Yoluxanların içərisində, xüsusən də peyvənd edilənləri içərisində ağırlaşan və ölənlərin sayı qat-qat azdır. Yəni virus getdikcə zəifləyir! Bu belə də olmalıdır! Tarix boyu da belə olub!

Peyvənddən qorxmayın! Əgər peyvəndə qarşı əks-göstərişiniz yoxdursa, mütləq peyvənd olunun! Mən iki doza “Sinovac” və bir doz “Pfizer” peyvəndi olunmuşam və peyvənlərin heç bir zərərli təsirini hiss etməmişəm.

Mənə gələn zənglərin sayının artmasından bilirəm ki, bəli, həqiqətən də, yoluxma sayı artıb. Bunun əsas səbəblərindən biri də saxta peyvənd pasportlarıdır.

Ağciyərlərində kölgəlik müşahidə edilən xəstələrin 10-dan 9-u peyvənd edilməyənlərdir! Peyvənd çox qoruyur. Bu şansdan istifadə edin. Havayı peyvənd vurulur ölkəmizdə, şükürlər olsun. Bundan yararlanın!

Təəssüflər olsun ki, yenə yoluxanlar çoxlu sayda lazımsız dərman preparatları qəbul edirlər. Məsələn, temperatur 37,5 olan kimi cürbəcür antibakterial, hormonal preparatlar qəbul edib, sistemlər qoşurlar. Onlarla insanı bundan çəkindirmişəm və sağalıblar!

Antibiotik virusa təsir etmir! Bunu birdəfəlik bilin! Antibiotik mikroba təsir edir, virusa yox! Əgər yanaşı bakterial ağırlaşma yoxdursa, antibiotikə qəti ehtiyac yoxdur! Əksinə, qaraciyər və böyrəklərə mənfi təsir edərək orqanizmin virusla mübarizəsini çətinləşdirir! Dəfələrlə görmüşük ki, COVID-19 xəstəliyini yüngül keçirir, lakin panik olaraq müxtəlif antibiotik, hormonal və digər lazlmsız preparatlar istifadə edərək xəstələr özlərini ağırlaşdırır.

Bütün bunlarla bərabər: ən yaxın birlikdə yaşadığınız insanlar istisna olmaqla digərləri ilə öpüşməyin, əl ilə görüşməyn, qucaqlaşmayın, qapalı yerlərdə maska geyinin, ara məsafəsi saxlayın! Bunlara əməl etsək, özümüzü ən azı 90 faiz qorumuş olarıq!

Aydın Əliyev

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …