Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Tibb / Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? – AÇIQLAMA

Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? – AÇIQLAMA

Koronavirusa yoluxmuş vərəm xəstələri arasında dərmanlara həssas və davamlı olanlar var.

Bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

“Respublikada müştərək Vərəm/Covid-19 infeksiyalı xəstələrin müalicəsi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) nəzdində fəaliyyət göstərən Xüsusi Təhlükəli infeksiyalar şöbəsində həyata keçirilir. 2020-2021-ci illər ərzində ETAXİ-nin həmin şöbəsində Vərəm/Covid-19 koinfeksiyalı xəstələr stasionar müalicədə olub, onların arasında həm vərəmin dərmanlara həssas forması, həm də vərəmin dərmanlara davamlı forması olan xəstələr müəyyən edilib”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycanda 1448 nəfər koronavirusa yoluxub, 11 nəfər isə infeksiya səbəbindən həyatını itirib. Ümumilikdə isə 496 min 780 nəfər COVID-19 infeksiyasına yoluxub və 6720 nəfər virusa görə dünyasını dəyişib. Hazırda, ölkə üzrə 13 min 831 aktiv koronavirus xəstəsi var. Trend

Həmçinin oxuyun

“Azərbaycanda Sinovac peyvəndi dayandırılmalı, təcili olaraq əhaliyə…” – CAĞIRIŞ

Azərbaycanda kovidə qarşı 1 ildən çoxdur əhaliyə vurulan Sinovac peyvəndinin koronavirusa qarşı effektiv təsiri və …