Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Tibb / Uzun müddət maska taxmaq beyinə zərər verir

Uzun müddət maska taxmaq beyinə zərər verir

“Maskadan uzunmüddətli istifadə çətin korreksiya olunan ciddi fəsadlar törədir”.

Bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Mütəxəssis bildirib ki, hazırda bir çox Avropa ölkələrində belə, “maska ilə bağlı məhdudiyyətlər” aradan götürülür:

“Maskadan uzunmüddətli istifadə rejimi zərurəti yaranarsa, bütün hallarda “olum və ölüm” riski yanaşı incələnməli və yalnız birincinin faiz nisbətinin nəzərəçarpacaq dərəcədə üstün olacağı təqdirdə, ondan istifadə edilməlidir. İstənilən patoloji proses, o cümlədən, mikrob, virus və s. infeksiya zamanı meydana çıxan klinik simptomokompleksin əsasında, orqanizmin məlum patogen törədicilərdən təmizlənməsinə yönələn qoruyucu fizioloji akt durur. Bu səbəbdən koronavirus xəstələrinin maska taxması virusların “re-uptake” halına səbəb olmaqla, xaricə qovulan virus yükünün əks istiqamətli hərəkəti və proqnoza münasibətdə arzuolunmaz nəticələrə səbəb ola bilər. Kovidli xəstə “özünü təcrid” rejiminə keçibsə, digərlərini yoluxdurmaq qorxusu yoxdursa, onun daimi maska taxması mütləq əks göstərişdir.

Məlumdur ki, COVİD-19-un baş beyinə daxil olmasının əsas yollarından biri iybilmə siniri vasitəsilədir. Odur ki, maska taxılan zaman nəfəsvermə aktında virusların xaric olması məcburi süstləşdirildiyindən o, burunun selikli qişasına yüksək konsentrasiyada toplanaraq, iybilmə sinirləri vasitəsilə baş beyinə transformasiya oluna bilər. Bu hal baş beyində ikincili viral infeksiya “ocağı” yaratmaqla, çox arzuolunmaz və müalicəyəyatımsız bir hala, hətta letal sonluğa səbəb ola bilər”.

M.Qəniyev qeyd edib ki, bronx-ağ ciyər sistemi orqanizmdaxili mühiti ətraf aləmlə, təbiətlə əlaqələndirən yeganə əsas sistemdir:

“O, fəsli dəyişiklik, biometroloji faktor və amillərlə qarşılıqlı vəhdətdə, immun fəallığın tənzimi, qorunması və təminatında mövcudluq və yaşam faktoru sayılır. Odur ki, uzunmüddətli, ardıcıl və fasiləsiz maska taxılması, orqanizmdaxili (37 dərəcə) və orqanizmxarici (fəsli növbələşmədən asılı) temperatur fərqliliyində nisbi bərabərlik yaratdığına görə, immun fəallığın sönməsi, xronik xəstəliklərin kəskinləşməsi, istənilən infeksiyaya yoluxma riskinin kəskin artması, müalicəyə dözümlülük və proqnozun kəskin pisləşməsinə səbəb ola bilər.

Digər tərəfdən maskanın müddətsiz taxılması zamanı, temperaturlar fərqliliyində nisbi tarazlıq yaranması səbəbindən, tənəffüs havası pH-nın qələvilik və ya turşuluğa doğru dəyişməsi labüddür. Hər iki halda, törənmə faizi, xüsusən əvvəllər ağ ciyər patologiyası keçirmiş  və ya ona meyilli şəxslərdə, çox ciddi və müalicəyəyatımsız xəstəliklərdən biri olan, ağ ciyər arteriyasının hipertenziyası kimi simptomokompleksin meydana çıxmasına zəmin yarana bilər. Xatırlatmaq istəyirəm ki, bu xəstəliyin müalicəsində yalnız iki preparat- inoprost və bozentan tövsiyyə olunur. Bunların hər ikisi “orfon” preparatdır, yəni çox bahalı dərmanlardır. Odur ki, bizlərdən kiminsə onları alıb, əzablarımızı yüngülləşdirməyə, maddi imkanımız yoxdur və ola da bilməz”. \\Sfera

Həmçinin oxuyun

Vaksinlər arasında ən etibarlısı hansıdır?

Karantin rejiminin yumşalmasının ilk həftəsi bitmək üzrədir. Bəs görəsən, hazırki epidemioloji vəziyyət dəyişə bilərmi? Real …