Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Tibb / Uşaqlarda bu daşlar nədən yaranır?

Uşaqlarda bu daşlar nədən yaranır?

Böyüklər kimi uşaqlarda da öd daşı xəstəliyinə rast gəlinir.Uşaq cərrahı və uroloqu, uzman həkim Aqil Abilovun açıqladığı məlumata görə, uşaqlarda öddə daşa daha çox qan xəstəliyi, hematonik anemiya ilə bağlı rast gəlinir.

Onun sözlərinə görə, mübadilə pozğunluğu, hər hansı qidanın uyğunsuzluğu, daha çox verilməsi də uşaqlarda öd daşı yaranmasına səbəb ola bilər.Uşaqlarda öddə daş ağrı, ağızdan kəskin qoxunun gəlməsi, həzm pozğunluğu, qarında sancılar, qəbzlik kimi əlamətlərlə özünü göstərir. Öd daşının ərimə, dərmanla müalicə şansı yoxdur. Kiçik ölçülü daşlar daha təhlükəlidir, çünki asanlıqla öd yoluna düşüb ağır fəsadlar, o cümlədən qaraciyər çatışmazlığına gətirib çıxara bilər.Əgər uşaqda öd daşı aşkarlanıbsa, o nəzarət altına alınmalı və öd kisəsi çıxarılmalıdır. (e-tibb.az)

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …