Şənbə , Yanvar 29 2022
Ana səhifə / Tibb / Uşaqlar arasında yayılan xəstəliklə bağlı açıqlama – VİDEO

Uşaqlar arasında yayılan xəstəliklə bağlı açıqlama – VİDEO

Hazırda uşaqlar arasında COVID-19-dan daha çox “influenza” virusu yayılıb.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, “influenza” virusu dekabrın əvvəlindən daha çox müşahidə olunmağa başlayıb və hazırda artmağa davam edir.

Həkim-pediatr bildirib ki, son həftələr ərzində bu virusa yoluxan uşaqlar kifayət qədərdir. Bu cür vəziyyətlərdə mütləq həkimə müraciət edilməli və müalicə yalnız mütəxəssis tövsiyəsi əsasında aparılmalıdır.

Həkim-pediatr onu da qeyd edib ki, virus 0-5 yaş qrupu uşaqlara daha çox təsir edir.

Həmçinin oxuyun

Buster doza ilə bağlı AÇIQLAMA

Buster doza Covid-in ağırlaşma riskini demək olar ki, 100% azaldır. Publika.az “Sputnik”ə istinadla xəbər verir …