Tanınmış androloq-uroloq cərrah Zəbur Bağırov bu gün keçirilən həkimlərin sertifikasiya imtahanında yüksək nəticə göstərib. Həkim keçid balı 56 olan imtahandan 81 bal toplayıb. Qeyd edək ki, bu göstərici urologiya sahəsində ən böyük nəticələrdən sayılır.
Zəbur Bağırov 2009-2010 və 2013-2017-ci illər arasında Türkiyədə urologiya ixtisası üzrə təhsilini tamamlayıb. Hazırda Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərir.
