Ana səhifə / Tibb / Ürəyin xəstə olmasının 5 əlaməti – Siqnalları vaxtında tut

Ürəyin xəstə olmasının 5 əlaməti – Siqnalları vaxtında tut

Ümumdünya səhiyyə təşkilatının statistikasına görə, hər il dünyada 17 milyon insan ürək çatışmazlığından ölür. Ürək xəstəlikləri ildən-ilə gəncləşir. Bu gün infarkt 30-35 yaşlı kişilər arasında da artıb.
Ürək getdikcə fəaliyyətini itirməsi barədə əvvəlcədən müəyyən əlamətlərlə xəbərdarlıq edir. Siyahıya diqqət yetirin, əgər bu əlamətlərdən 3-ü sizdə varsa, təcili həkimə gedin.
1.Hava çatışmazlığı, dərindən nəfəs ala bilməmək
Ən yüngül təngnəfəslik belə 90% hallarda ürəklə bağlı olur. Əgər ən yüngül iş zamanı belə təngnəfəslik varsa, hətta uzananda belə sanki nəfəsiniz çatmırsa, o zaman kardioloqa getməyin vaxtıdır. Infaktdan öncə insan oturan yerdə yatmağa meyilli olur, çünki uzananda nəfəsi çatmır.
2.Ödem, şişkinlik
Ürək normal tam gücü ilə işləmirsə, qan bütün mayeni çıxara bilmir, o zaman şişkinlik yaranır. Əl-ayaq və barmaqlarda şişkinlik ürəkdən şübhələnməyə əsas verməlidir.
3. Ürək döyüntülərinin artması
Əgər ürək döyüntüsü, ritmi çox artıbsa və daimi olaraq qalırsa, o zaman ciddi ürək xəstəlikləri astanasında olduğunuzu düşünün
4. Ağrı
Ağrı təkcə ürəyin üstündə olmur. Qarın, boyun, kürək, çiyin, qol əl, hətta çənə ağrıları da ürəkdən qaynaqlana bilər.  Qəfildən tuta bilər, zəif ağrı ola bilər, bir neçə gündən bir neçə həftəyə kimi davam edə bilər. Onu çox vaxy əzələ, mədə, nevralgiya, diş ağrıları ilə səhv salırlar. Bunu yoxlamaq üçün sadə bir misal: ağrı zamanı dil altına nitroqliserin qoyun. Əgər ağrı azalsa, yaxşılaşma olsa, deməli, problem ürəkdədir.
5.Xoruldamaq və yuxuda nəfəsalmanın pisləşməsi
5 il ərzində xoruldamaq və yuxuda məfəsi tıxanmağı müalicə etdirməyən insanın miokard infarktı olma riski 50% artır. Ümumiyylə, xoruldayan insanlar gələcəkdə ürəklə başları dərddə olacağını bilsin və tədbirli davransın.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …