Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Tibb / Ürək və onkoloji xəstəliklərinin artma səbəbləri – ŞƏRH

Ürək və onkoloji xəstəliklərinin artma səbəbləri – ŞƏRH

Son vaxtlar onkoloji və kardioloji xəstəliklərin sayının artdığı bildirilir. Əvvəllər bu xəstəliklər daha çox orta yaşlı və yaşlı kəsimdə müşahidə olunurdusa, indi bu diaqnozla  həkimə müraciət edənlər arasında gənclərə, hətta yeni doğulan uşaqlara belə rast gəlinir. Mütəxəssislər bunun bir çox səbəblərdən baş verə biləcəyi qənaətindədir.

Kimisi su, yediyimiz qidalar səbəbindən də qaynaqlana biləcəyini vurğulayır. Təbii ki, burada genetik faktorlar da böyük rol oynayır. Əfsus ki, ölkəmizdə hələ də qohum evliliklərinə rast gəlinir. Belə olduğu təqdirdə də  yeni doğulan uşaqlarda qüsurlar ortaya çıxır.

Xatırladaq ki, ürək qüsurları dünyada ən çox ölümə və əlilliyə səbəb olan bir nömrəli xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlara əsasən, Azərbaycan ürək xəstələrinin sayına görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Ötən ay ixtisaslaşmış həkim briqadası səyyar qaydada bütün regionlarda  qalxanabənzər vəzi, onkoginekoloji, uşaq onkoloji, baş-boyun şişləri, ultrasəslə bağlı 70 mindən çox insanın müayinəsini aparıb. Müayinə zamanı qorxunc statistika ortaya çıxıb.

Kardioloq, professor İdris Xəlilov ile ilgili görsel sonucu

Məlum olub ki, 70 min nəfər ağciyər və süd vəzi xərçəngindən əziyyət çəkir. Səhiyyə Nazirliyinin baş mütəxəssisi, respublikanın baş onkoloqu Azad Kərimli atv.az-a aparılan profilaktik baxışların məqsədli xarakter daşıdığını vurğulayıb. Onun sözlərinə görə,  bu müayinələr xərçəng və xərçəngyönümlü xəstəliklərin vaxtında aşkar olunaraq nəzarətə götürülməsi məqsədi daşıyıb. Baş onkoloq bildirib ki,  kişilər arasında ağciyər, qadınlar arasında isə süd vəzisinin xərçənginə daha çox təsadüf olunur. Növbəti müayinələr isə may ayından etibarən başlayacaq.

Maraqlıdır, onkoloji və kardioloji xəstəliklərin artma səbəbi nədir? Bunun çoxalmasınn qarşısını almaq üçün nə etmək lazımdır?

Kardioloq, professor İdris Xəlilov bunun bir çox səbəbi olduğunu bildirdi: “Birinci səbəb son dövrlərdə dünyada və bizdə stressin artmasıdır. İkinci səbəb isə odur ki, artıq insanlar bu mövzuda maariflənib. İnsanlar özlərini indi daha çox yoxlayırlar, söhbət kordioloji xəstəliklərdən gedir. Digər səbəb isə təbii ki, həyat tərzi ilə bağlıdır. İnsanlarımız öz qidalanmasına düzgün baxmırlar. Xəstəlik və  ölüm təbii haldır və heç kim bunun qarşısını ala bilməyəcək. Əgər insan varsa, bu olacaq. Bizim missiyamız vaxtsız ölümün və vaxtsız qocalığın qarşısını almaq, müalicəsi mümkün olan xəstəlikləri müayinə etməkdir. Əgər pasiyentlər vaxtında müayinə, müalicə olunsalar hesab edirəm ki, ürək xəstəliklərindən indi azad olmaq çox asandır. 35 yaşdan yuxarı kişilər ildə bir dəfə ürəklərindən müayinə olunsalar yaxşı olar. Bub adi haldır. 35 yaşa qədər kişilər döş qəfəsində narahatlıq hiss edərlərsə, dərhal həkimə müraciət etməlidirlər. Qadınlarda da bu yaş həddi təqribən eynidir. Uşaqlar isə 20-21 yaşa qədər müayinə oluna bilərlər. Əgər uşaq doğulanda onun ürəyində küy varsa, onlar exo-kardeoqrafiyadan keçməlidirlər. Çox təəssüf ki, bizdə insanlar daha çox oturaq həyat tərzi keçirir, çox az adam idmanla məşğul olur. İnsan düzgün qidalanmalı və aktiv həyat tərzi keçirməlidir. Bu çox önəmlidir. İnsan yediyi qidaya önəm verməli, vaxtında yatıb durmalıdır”.

Adil Qeybulla ile ilgili görsel sonucu

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə nəinki onkoloji, digər xəstəliklərin də sayının artdığını dedi: “Ən birinci səbəb odur ki, əhalinin sayı artır. Buna görə də adam başına düşən xəstəlik sayı da artır. İkincisi təbii ki, qidalanma, su, ərzaq, dərmanla bağlıdır. Bunların təhlükəsizliyi məsələləri ölkədə çox da ürəkaçan deyil. Bundan başqab ekoloji problemlər, ağır iqtisadi durum, əhalinin əksəriyyətinin miqrasiya  durumunda olması, ölkəyə gəlib getməsi bunların hamısı immuniteti zəiflədən, ayrı-ayrı xəstəliklərin inkişafına şərait yarada biləcək faktorlardandır. Əsas məsələlərdən biri də təbii ki, aşağı keyfiyyət parametrləri ilə xarakterizə olunan qida, zərərli su və keyfiyyətsiz dərmanların da rolu onkoloji və digər xəstəliklərin artmasında az deyil. Bunun qarşısını önləmək üçün kompleks tədbirlər görülməlidir. Ərzaq təhlükəsizliyi, dərman təhlükəsizliyi, konsepsiyalar olmalıdır. Azərbaycan  ərazisinə nəzarətsiz olaraq ərzaq gətirilir, onların keyfiyyətinə işə nəzarət edilmir. Bub xeyli problemli məsələdir. Bir sıra məhsullar var ki, onlar ölkə daxilində istehsal olunursa, niyə xaricdən gətirməliyik. Deməli, burada korporativ maraqlar var. Bu maraqlar milli maraqları üstələyir və ona görə də bu cür məsələlər ortaya çıxır”. (Musavat.com)

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …