Şənbə , May 21 2022
Ana səhifə / Tibb / Üçüncü dalğada daha çox 40-60 yaşlı insanlar xəstələnir – Həkim

Üçüncü dalğada daha çox 40-60 yaşlı insanlar xəstələnir – Həkim

Son günlərdə koronavirus statistikasında artım müşahidə olunur.

Mütəxəssislər 3-cü dalğada ən çox 40-60 yaş arasında olanların xəstələndiyini və öldüyünü deyirlər. Xüsusilə qapalı məkanlarda maskasız bir araya gəlmək yoluxma sayını və ölümləri artırır.

Türkiyəli infeksionist həkim Sıla Akhan bununla bağlı danışıb:

“Pik nöqtəni görüb, daha sonra biraz eniş olsa, o zaman ondan sonrakı 1 həftə, 10 gün ərzində ölümlərin azalacağını söyləmək olar. Amma yenə də öncəliklə pik nöqtəni görməliyik. Onu isə hələ də görməmişik. Tək çarə qaydalara riayət etməkdir. Yoluxma sayının artmasının əsas səbəbi qapalı məkanlarda maskasız görüşlər və havalandırmanın olmamasıdır”.

Qeyd edək ki, mütəxəssislər kilolu olanların da xəstəliyi daha ağır keçirdiklərini bildirirlər. /medicina.az

Həmçinin oxuyun

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

2022-ci ilin aprelinə olan məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 …