Cümə , Aprel 19 2024
Ana səhifə / Tibb / Tibb dünyasında inqilab: Ürək istehsal edildi

Tibb dünyasında inqilab: Ürək istehsal edildi

İsrailli alimlər insan toxuması və damarlardan istifadə edərək 3 ölçülü printerdə bir ürək istehsal edə biliblər.

Dünyada bir ilk olan bu hadisə orqan nəqli sahəsində cığır aça biləcək bir inkişaf kimi qiymətləndirilib.

Tel-Əviv universitetinin alimləri bir xəstəyə aid hüceyrələri və biolojik materialların vasitəsilə 3 ölçülü printerdə ürək istehsal ediblər. Layihəyə rəhbərlik edən professor Tal Dvir deyib:
“Dünyada ilk dəfə bütün bir ürək hüceyrələri, qan damarları, kameraları və qarıncıqları ilə birlikdə bütün olaraq uğurlu bir şəkildə hazırlandı və istehsal edildi”.
Dvir xatırladıb ki, bir müddət əvvəl üç ölçülü printerlə slikon bir ürək istehsal edilib: “Amma o ürəkdə hüceyrə və qan damarları ox idi”. Bir dovşan ürəyi böyüklüyündə olan orqanın eyni texnologiyadan istifadə edərək insan ürəyinin də istehsal edilə biləcəyi qeyd edilir.
Alim qeyd edib ki, üç ölçülü printerdə istehsal edilən ürəklər əsl ürək kimi işlədikdən sonra heyvanlara nəql ediləcək. (ölkə.az)

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …