Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Tibb / Termometr sınıb, civəsi evə dağılarsa, nə etməli?

Termometr sınıb, civəsi evə dağılarsa, nə etməli?

Havaların soyuqlaşması ilə əlaqədar virus infeksiyaları, soyuqdəymə, temperatural xəstəliklər geniş yayılmağa başlayır.

Ona görə, qış fəslində qrip, soyuqdəymə dərmanları ilə yanaşı, bədən temperaturunu ölçmək üçün istifadə edilən tibb termometrlərindən geniş istifadə olunur. Tibb termometri şüşə kapillyar borucuq şəklində olub, ucunda civə ilə dolmuş rezervuar vardır. Borucuq Selsi ilə 34 dərəcədən 42 dərəcəyə qədər bölgüləri olan şkalaya bərkidilmişdir.

Termometrdən istifadə qaydaları haqqında Sherg.az-a danışan Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədovun sözlərinə görə, insanlar termometrləri günəş şüası düşməyən qaranlıq yerdə, şkaflarda və s. saxlamalıdır:

“Termometri soyuducuya qoymaq düzgün deyil. Onu yerə salmaq olmaz, yaxınlıqdakı əşyalara dəyməməsi üçün ehtiyatlı olmaq lazımdır. Lakin buna baxmayaraq, termometrin ev şəraitində sınıb, civəsinin dağılmasında qorxulu heç nə yoxdur. Sadəcə əl vurmadan, süpürgə, əski kimi vasitə ilə yığıb atmaq lazımdır. Termometrin civəsinin daxilə qəbul olunması zamanı böyük təhlükə yarana bilər. Bu zaman həmin şəxsi təcili xəstəxanaya, toksikoloji mərkəzə yerləşdirmək lazımdır. Çox nadir hallarda civənin daxilə qəbul edilməsi, zəhərlənməsi halları olur.

Xəstənin temperaturunu ölçdükdən sonra silkələyərək civəni 35 dərəcədən aşağı salıb başqa xəstənin temperaturunu ölçmək olar.

Termometri xəstəyə verməzdən qabaq qoltuq çuxurunu yoxlayır və yaxşıca silirlər. Termometri elə qoymaq lazımdır ki, civəli hissəsinin hər tərəfi qoltuq çuxurunun ən dərin yerində bədənə toxunsun. Termometr ən azı 10 dəqiqə qalmalıdır.

Uşaqların temperaturu qasıq büküşündən ölçülür. Bunun üçün uşağın ayaqlarını çanaq-bud oynağında qatlayıb əmələ gələn büküşə termometri qoyurlar.

Temperatur 37 dərəcədən yuxarı olduqda bu, hər hansı bir xəstəliyin başlanğıcına işarədir. Əgər temperatur 38 dərəcədən yuxarı olarsa, mütləq həkimə müraciət etməli və qızdırma salıcı dərmanlardan istifadə olunmalıdır”.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …