Şənbə , May 21 2022
Ana səhifə / Tibb / Tanınmış həkimə qarşı “qara piar” aparanlar ifşa olunur

Tanınmış həkimə qarşı “qara piar” aparanlar ifşa olunur

Günümüzün reallıqlarında “kreslo” uğrunda bir insana ləkə sürmək, ona iftira atmaq çoxları üçün adi həyat normasına çevrilib.
Yuxudan oyanan üzünü gizlədib, səsi ilə filankəs mənə belə dedi, bunu etdi bəyanatını verir vəssəlam.
Bir çoxunun tanıdığı, illərdir saysız hesabsız ölümcül xəstələri həyata qaytaran, Qarabağ müharibəsinə könüllü olaraq oğlu ilə qatılan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri Zaur Həsənovun naliyyətlərini həzm etməyən, onun yerinə göz qoyan və o “kürsünü” ələ keçirmək üçün çirkin vasitələrə əl atan biri var. Söhbət elə həmin institutun həkimi Füzuli Əliyevdən gedir.
Digər həkim yoldaşları ile yola getməyən, mübahisələr yaradan, xəstələrin yanında nalayiq sözlər deyən bir “həkim”.
Zaur Həsənovu devirib yerinə keçmək üçün hər hansı bir qüsur tapmadıqda xəstədən istifadə etməyə çalışıb. Üzünü göstərməyən bir xəstəni dindirib, güya gizli səsini yazıb. Xəstə də Zaur həkim “mənə nalayiq
təklif edib” deyir.
Amma nə əlində faktı var, nə də bir lent yazısı. Bir sözlə vicdanlı, vətənpərvər, gecə- gündüz dayanmadan çalışan xalqın həkimini yerə vurmağa çalışır. Xalqın həkimi dedim bəli, ona görə ki, Zaur Həsənov Covid-19 la mübarizədə günlərlə evinə getməyib xəstələri müalicə edib, öz xidməti vəzifələsini layiqincə yerinə yetirib, 44 günlük Vətən müharibəsinə də oğlu ilə birgə qatılmışdı.
2-ci Qarabağ müharibəsində fəal iştirakına, döyüş və ətraf bölgələrdə tibbi xidmət vəzifəsini şərəflə həyata keçirdiyinə, Azərbaycan Ordusunun sağlamlığının qorunması naminə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Yeni Azərbaycan Partiyası, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən təşəkkürnamə və Fəxri Fərmanla təltif olunub.
Oğlu Həsənzadə Arzuman isə könüllü olaraq müharibəyə gedərək, Vətən üçün əlindən gələni edib ve Laçının azad olunmasına görə ölkə başçısı tərəfindən medalla təltif olunub. Füzuli Əliyev isə əlində heç bir fakt olmadadan öz çirkin planını həyata keçirməyə çalışır, qurama işlərlə məşğul olur. Öz aləmində hesab edir ki, insanlar güya onun paylaşdığı videonun qurama olduğunu başa düşməyəcəklər.
Bir sözlə, Xalqın gözü tərəzidir, Vətəninə, millətinə kimin necə xidmət etdiyi göz önündədir. Kimin Vətənə, kimisi özünə xidmət etdiyi gün kimi ortadadır. Bu, bir milçək məsələsidir, ürəkbulandırmaqdan başqa heç nə deyil. Sadəce insan təəssüf edir ki, bir “kürsü” uğrunda Vətən oğullarını belə utanmadan şərləyən , şərəfi belə gözə alanlar var.
Onu da bilsinlər ki, Vətəni qoruyanların arxasında Dövlət, başlarının üstündə isə Allah Durur!

Pərvanə


Həmçinin oxuyun

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

2022-ci ilin aprelinə olan məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 …