Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Tibb / Tanımış prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır

Tanımış prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır

İctimai Televiziyada Gənclər, elm və təhsil departamentinin prodüsseri, “Film və Media” “Keçmişdən salam var”,  “Addım-addım”, “Nübarlı bağ” və s verilişlərin prodüsseri Minarə Əskərova yenidən – təcili Türkiyədə beyin əməliyyatı olunmalıdır. Lakin əməliyyat üçün xeyli məbləğ tələb olunur. Bu məbləği Minarə xanımın düzəltməsi mümkün olmadığından və üstəlik qüruruna sığışdırmadığı üçün kimsədən kömək istəməyəcəyini bildiyi üçün Minarə xanımın xəbəri olmadan İctimai Televiziyanın əmakdaşları, başda Balakişi Qasımov olmaqla bütün kollektiv bir aksiya keçirib, hesab nömrasi açaraq,o hesaba pulun köcürülməsi üçün müəyyən işlər görüblər.

 

“Tanınmış prodüsser-rejissor Minarə Əskərova beyin əmməliyyatı olunmalıdır. Zamanı azdır…..Göz görə -görə gənc, iki uşağa sahib olan ananın günü-gündən əriməsinə imkan verməyək. Hamılıqla yardım edək. Bu aksiyaya qoşularaq ondan icazəsiz paylaşdığımız üçün bizi yəqin ki bağışlayar Minarə xanım. Çünki həyat Tanrının verdiyi ən gözəl nemətdir, xəstəlik isə heç kəsin sığortalanmadığı gerçəklik” – İTV əməkdaşları bəyan ediblər.

 

 

“Çarə varkən “qürurum var”- deyərək kənara çəkilmək özünə qəsdə bərabərdir, eyni zamanda övladlarına qarşı haqsızlıq. Bu qədər insanların , qohumların sevgisini qazana bilən insan tezliklə sağlığını da qazanacaq. Minarə xanım öz incə qəlbi, işinə peşəkarlığı və xanımlığı ilə dostlarının sevgisini qazana bildisə, o dostlar Minarənin bu çətin anlarında yanında olacaqlar. Tezliklə lazım olan məbləğ toplanaraq gənc ananı xəstəlikdən xilas edəcək, gözləri yolda qalan övladlarına sevinc bəxş edəcəklər. Onu da qeyd edək ki, bununla bağlı Heydər Əliyev Fonduna da məktub göndərilib. Minarənin indi hər kəsin köməyinə ehtiyacı var. Azərbaycanda kifayət qədər imkanlı iş adamları və xeyriyyəçilər var. Hər birini həssas olmağa və gənc, iki uşaq sahibi olan ananı xilas etməyə çağırıram. Başda Balakişi Qasımov olmaqla İTV kollektivinin başlatdığı aksiyaya qoşularaq bir həyatı da xilas edək. Bir ailədə yaşanacaq acıların qarşısını vaxtında alaq, çünki sonrakı peşmançılıq fayda verməz. Necə deyərlər, insanlara sağlığında qiymət vermək lazımdır”.

 

 

Türkiyə şəhərində “Medipol”xəstənasında beyin şüa, əməlliyatı olunmasına 5500 dolar məbləğində vəsait lazimdir.

Qeyd edək ki ötən gün Minarə Əskərovanın vəziyyəti iştə olarkən yenidən ağırlaşıb. Bu məlumatları Minarə Əskərovanın feysbuk səhifəsindən əldə etdik. Gözəl dostumuz Minarə xanıma şəfalar diləyirik, tezliklə xoş xəbərlərini eşitmək arzusuyla.

 

 

 

 

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …