Şənbə , Noyabr 28 2020
Ana səhifə / Tibb / Təzyiqi dərmansız necə azaltmaq olar?

Təzyiqi dərmansız necə azaltmaq olar?

Yüksək qan təzyiqi infarkt və insult, həmçinin anevrizmlər, koqnitiv funksiyaların azalması, böyrək çatışmazlığı üçün risk amillərdindən biridir. Bununla birlikdə, hipertoniyanı müalicə etmək üçün istifadə olunan dərmanlar, ayaq qıcolmaları, baş başgicəllənməsi və yuxusuzluq kimi fəsadlar yarada bilər. Ekspertlər dərman qəbul etmədən qan təzyiqini azaltmağa kömək edən bir neçə yoxlanmış metodun adını açıqlayıblar. 

Bu barədə məlumat “MedikForum” saytında yer alıb. 

Piyada gəzinti. Təxminən 400 tədqiqatdan əldə olunan göstəricilərə əsasən müntəzəm fiziki məşqlər, o cümlədən gəzinti (kifayət qədər sürətlə) qan təzyiqini azaltmaq üçün geniş istifadə olunan QT (qan təzyiqi) preparatları kimi effektli nəticələr verir. Həftənin əksər günlərində azı 30 dəqiqə gəzmək xüsusilə faydalı sayılır.

Dərindən nəfəs almaq. Həkimlər gündə iki dəfə bir neçə dəqiqə (ən azı beş dəqiqə) yavaş nəfəs verməyi və nəfəs çəkməyi məsləhət görürlər. Bütün bunlar, bədəndə qan təzyiqini, ürək döyüntüsünü artırmaqla qan damarlarını daraldan stres hormonlarını nəzarətdə saxlamaq üçün mühüm rol oynayır.

Kaliumla zəngin olan qidalar. Mineralın sidik vasitəsilə böyrəklərdən daha çox natrium ifraz etməyə səbəb olması qan təzyiqini dərmansız azaltmağa kömək edir. Banan, kartof, pomidor, portağal suyu, lobya, noxud, qovun, gavalı, kişmiş kaliumla zəngin olan mənbələr sırasındadır.

Natrium qəbulunu azaltmaq. Amerika Kardiologiya Assosiasiyası qan təzyiqini aşağı salmaq üçün natriumun qəbulunu gündə 1500 mq-dən aşağı səviyyədə saxlamağı tövsiyə edir.

Tünd şokolad. Daha bir yoxlanmış üsul. Cənubi Kaliforniya Universitetinin alimləri qeyd edirlər ki, tünd şokoladın orta hesabla müntəzəm olaraq qəbulu sistolik arterial (yuxarı) təzyiqi 5 bal, diastolik (aşağı) təzyiqi isə demək olar ki, 3 bal azaltmağa kömək edə bilər. Belə effektli nəticənin əldə olunması onun flavanol komponentlərinin qan damarlarını rahatlaşdırması ilə izah olunur.

Məkkəgülü. Taftsa Universitetinin tədqiqatçıları müəyyənləşdiriblər ki, gündəlik üç fincan hibiskus çayı içən orta qan təzyiqi olan yaşlılarda altı həftədə sistolik qan təzyiqi yeddi bal azalıb. Alimlər bunu hibiskusun fitokimyəvi maddələrinin təsiri ilə əlaqələndirirlər.

Bir stəkan süd. Alimlər iddia edirlər ki, bəzi hallarda yüksək qan təzyiqinə qidada saflaşdırılmış karbohidratlardan çox istifadə olunması nəticəsində yaranan iltihab səbəb olur. Bu sürətli karbohidratların bəzilərinin qismən süd proteini ilə əvəz edilməsi hipertoniya və hipertoniya öncəsi ərəfədə sistolik qan təzyiqini aşağı sala bilər.

Həmçinin oxuyun

Qorxulu yuxuların faydası

Yuxular insanları potensial olaraq təhlükəyə hazırlamağa qadirdir. Bu nəticəyə “Human Brain Mapping” jurnalında öz tədqiqatlarını …