Ana səhifə / Tibb / Susuzlaşma ilə mübarizədə daha effektiv maye müəyyən edildi

Susuzlaşma ilə mübarizədə daha effektiv maye müəyyən edildi

Şotlandiyanın Sent-Endrüs Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, tərkibində az miqdarda şəkər, yağ və ya zülal olan içkilər insan orqanizmində mayeni sudan daha yaxşı saxlayır.

Bu barədə CNN məlumat verib.

Mütəxəssislərin fikrincə, süd tərkibində sadalanan maddələri saxladığı üçün orqanizmi daha effektiv nəmləndirir. Onlar mədədən mayenin axmasını yavaşıtmağa və hidrotasiyanı daha uzun müddət ərzində dəstəkləməyə kömək edirlər.

Südün tərkibində həmçinin natrium da möcuddur ki, bu da orqanizmdə suyun saxlanmasına imkan yaradır.

Lakin alimlər vurğulayırlar ki, böyrəklər və qaraciyərə bədəni toksinlərdən təmizləmək üçün normal miqdarda su lazımdır. Bundan əlavə, su dərinin elastikliyini təmin edir.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …