Stimul Hospitalın icraçı diretoru Fira Cəlilova ilə Atletico Baku Futbol Klubunun icraçı direktoru Hacı Xalid əməkdaşlıq haqqında memorandum imzalanıb.
İmzalanan memorandum Stimul Hospital və Atletico Baku FC arasında əməkdaşlığın genişləndirilməsində yeni imkanlar yaradacaqdır. Belə ki, klubun üzvləri olan uşaq və yeniyetmələr mütəmadi olaraq kardioloq, oftalmoloq, lor, ortoped və digər həkimlərin nəzarəti altında hərtəfərli tibbi müayinədən keçəcək. Sağlam olan uşaqlar barədə məlumat hazırlanıb və #AFFA -ya göndəriləcək. Səhhətində problem olan uşaqlara isə müəyyən vaxt kəsiyində idmandan uzaqlaşmalarnı məsləhət görülərək onların müalicəsi aparılacaq.
