Çərşənbə axşamı , Mart 2 2021
Ana səhifə / Tibb / “Sputnik-V” ilə “Pfizer”in nə fərqi var? – Həkim müqayisə edib

“Sputnik-V” ilə “Pfizer”in nə fərqi var? – Həkim müqayisə edib

Həkim və teleaparıcı Aleksandr Myasnikov Rusiyanın “Sputnik-V” və Amerikanın “Pfizer” şirkətinin koronavirus əleyhinə peyvəndlərini müqayisə edib.

Sputnik Azərbaycan bildirir ki, o, Rusiyanın preparatını “yoxlanılmamış” adlandıran həmkarlarını tənqid edib.  

“Mən onların (ABŞ-ın – red.) peyvəndinin “pis olması” barədə müzakirələrə qoşulmaq istəmirəm. Onlar kimi olmaq lazım deyil. Ancaq onlara güzgüyə baxmalarını məsləhət görmək lazımdır”, – Myasnikov Telegram kanalında yazıb.

Həkim qeyd edib ki, Pfizer çıx qısa müddətdə, tamamilə yeni bazada yaradılıb. “Sputnik-V” isə 2002-ci ilin bazası əsasında yaradılıb və bunun sələfləri insanlar üzərində kliniki sınaqlardan keçirilib.

Myasnikov ABŞ-ı “vaksin müharibəsi”ni dayandırmağa, diqqəti daha çox insanın canını almağa başlamış virusla mübarizəyə yönəltməyə çağırıb.

Həmçinin oxuyun

“Operativ Qərargah bilmir ki, nəyi bağlasın, nəyi açsın” – AÇIQLAMA

Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumatlardan bəlli olur ki, koronavirusa yoluxma sayı …