Ana səhifə / Tibb / Selfi nevroloji xəstəliyə səbəb ola bilər

Selfi nevroloji xəstəliyə səbəb ola bilər

Sosial şəbəkə aludəçiliyi qeyri-rəsmi adı “özçəkim (selfi)” olan xəstəliyə tutula bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, son zamanlar belə halların sayı surətlə artır.

Mütəxəssislərə görə, “selfi” “tunel sindromu”nun bir növüdür. Bu, çiyindən başlayaraq barmaqlara qədər gedən sinirin sıxılması və iltihablanması yolu ilə baş verir.

Xəstələr qollarında titrəmə, qıcıqlanma və ağrı hiss edirlər.

Ekspertlərin fikrincə, insan bədəni daim hərəkətdə olur. Ancaq həddən artıq selfi çəkən zaman insanlar uzun müddət qollarını qeyri-təbii şəkildə saxlayır. Bir müddət sonra isə bu, müəyyən fəsadlara yol açır.

Tunel sindromu çox zaman bənzər hərəkətlər edən insanlarda özünü biruzə edir.

Bu satıcıların, ofis işçilərinin, “siçan”la işləyən işçilərin, saç ustalarının və gitaraçıların peşə xəstəliyidir.

Mobil telefonların kəşfindən sonra risk qrupunun əhatəsi genişlənib. Bura yeniyetmə qızlar və gənc qadınlar daxil olublar.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …