Ana səhifə / Tibb / Saxtakarlıqla məşğul olan “Dr.Elnara Rzayeva” Estetik Mərkəzi müştərini təhqir edib- FOTOLAR

Saxtakarlıqla məşğul olan “Dr.Elnara Rzayeva” Estetik Mərkəzi müştərini təhqir edib- FOTOLAR

Üz qırışlarından yaxa qurtarmaq, yaşlanmasına baxmayaraq gənc, eləcə də müasir, baxımlı görünmək arzusu qadınları son illərin ən populyar kosmetoloji üsullara olan tələbatını artırıb. Belə təlabatlar artdıqca, bu kosmetoloji xidməti təklif edən estetik mərkəzlərin də sayı yağışdan sonra artan zəhərli göbələklər kimi artır. Bu cür mərkəzlərin əksəriyyətində isə qırışların açılması və dərinin dərin təmizlənməsi üçün istifadə etdilən preparatların, dolğuların keyfiyyətinin çoxsaylı fəsadlara səbəb olması artıq ilk hadisə deyil. Belə ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini də bu cür faktlarla bağlı dəfələrlə hərəkətə gətirib.

Gununsesi.info-nun xəbərinə görə, sosial şəbəkələr üzərindən cəlbedici təkliflərlə müştərilərinin sayını artıran bu cür xidmər sahibləri onları hər dəfə məyus edib.

Belə məyus olanlardan biri də Bakı şəhər sakini Leyla Xəlilovadır.

Gununsesi.info-ya müraciət edən L.Xəlilova bildirib ki, bu il fevralın 25-də instaqram səhifəsində estetik xidmətlər təklifi edən “Dr.Elnara Rzayeva” Estetik Mərkəzinə üzünün təmizlənməsi və pilinq prosedurunun həyata keçirmələri üçün müraciət edib. Lakin prosedurdan sonra gözlədiyi və istənilən nəticəniəldə etməyib:

“Sosial şəbəkələrdə sahibi olduğu “Dr.Elnara Rzayeva” Estetik Mərkəziylə bağlı çəkici, yüksək təminatlı vədlərlə elanlar verərək, təbliğat aparan sözügedən mərkəzə müraciət etdim. Lakin prosedurdan sonra pilinqin vəd edilən effektini görmədiyim üçün yenidən “Dr.Elnara Rzayeva” Estetik Mərkəzinin instaqram səhifəsində prosedurdan dəfələrlə narazı qaldığımı bildirdim. Haqlı narazılığıma baxmayaraq, sözügedən mərkəzdən çox sərt formada bildirildi ki, onlar instaqram səhifəsi üzərindən müştəriyə cavab vermirlər. Sadəcə, mərkəzən zəng edərək şikayəti bildirməmi tövsiyyə etdilər. Şikayətçi olduğumu görüb mənimlə daha sərt və kobud formada danışdılar. Baxmayaraq ki, hər dəfə çox sivil və mədəni formada müştəri hüququmun qorunması üçün haqqımı tələb edirdi. Mən müəyyən məbləğ ödəmişəm, lakin əvəzində keyfiyyətsiz xidmət göstərilib. Dəfələrlə zəng edib əlaqə saxladım. Lakin göstərdiyim cəhdlər və etirazlarıma baxmayaraq, heç bir nəticə əldə edə bilmədim. Bundan sonra mənə qarşı təhqiramiz ifadələrlə dolu mesajlar yazdılar və səhifədən blok etdilər. Mən istehlakçı hüququmdan istifadə edib hüquqlarımı qorumaq istəsəm də, xidmət göstərən tərəfdən haqlarım nəinki tanınmadı, hələ üstəlik tapdalandı”.
L.Xəlilova qeyd edib ki, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədir.

 

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …