Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qurumun “Qaynar xətt” əlaqə mərkəzinə il ərzində daxil olan 1120 şikayət araşdırılaraq lazımi tədbirlər görülüb. Bundan başqa keçən il ölkəmizin 12 regionunda səhiyyə naziri vətəndaşların qəbul edərək onların müraciətlərini dinləyib və həmin məsələlərin həlli istiqamətində göstərişlər verib.

Elektron xidmətlərdən istifadənin asanlaşdırılması məqsədilə 20 adda elektron xidmət təkmilləşdirilib, interfeysi yenilənərək istifadəyə verilib.

Yeni “Davamlı tibbi təhsil tədbirlərin akkreditasiyası üçün müraciət” elektron xidməti yaradılıb.

Nazirliyə daxil olmuş müraciətlər arasında minnətdarlıq məktublarının sayı əvvəlki illə müqayisədə iki dəfə artıb.