Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Manşet / “Referans” klinikası jurnalistə saxta “korona” diaqnozu qoyub- Video

“Referans” klinikası jurnalistə saxta “korona” diaqnozu qoyub- Video

Tanınmış jurnalist Məhəmmədəli Qəribli “Referans” klinikasını məhkəməyə verir.
Azinforum.az xəbər verir ki, bu barədə M.Qəribli sosial şəbəkə hesabında paylaşım edib.
Jurnalist iddia edib ki, “Referans” koronavirusla bağlı götürülən testlərdə saxtakarlıq edir, statistika naminə nəticəni pozitiv çıxarır:

“Bildiyiniz kimi, 200-ə yaxın jurnalistin Şuşaya səfəri təşkil olunmuşdu. Səfər təyyarə ilə reallaşacağı üçün iştirakçılardan korona testi tələb olunurdu. Mən heç zaman koronavirusa yoluxmamışam, 3 dəfə peyvənd olunmuşam. Dünən də özümü çox yaxşı hiss edirdim. Milli Mətbuat günündə MEDİA-dan zəng gəldi ki, tədbirdə iştirakla bağlı təyyarəyə bilet almaq üçün test verməlisiniz. 

Test vermək üçün “Referans” klinikasına getdim, orada adam yox idi. Korona testi verməyə gəldiyimi dedikdə təəccübləndilər, hətta sevindilər. 58 manat pul ödədim ki, nəticəni təcili versinlər. 3 saat sonra nəticəniz pozitivdir, deyə cavab gəldi. Özümdə heç bir əlamət hiss etmirdim, əzginlik, istilik heç nə yox idi. Həmin klinikaya geri qayıtdım. Dedilər, xeyr, istəyirsiniz pul verin, yenə yoxlatdırın. Artıq adım sistemdə idi, evdən çıxıb, haradasa test verə bilməzdim. Bunlar statistikanın artmasında maraqlıdırlar! 

Daha sonra maraqlandım, məsləhət gördülər ki, aptekdə çox etibarlı bir test var, onu alıb yoxla. Mən onu aldırıb, yoxladım və nəticə neqativ çıxdı”. 

Şikayətçi “Referans” klinikasını məhkəmə verəcəyini deyib:


“”Referans” statistika naminə məni aldadıb. Bu gün başqa klinikaya getsəm, sistemdə adım olduğu üçün məcburi nəticəni yenə pozitiv edəcəklər. Buradan Səhiyyə nazirliyinə, aidiyyəti qurumlara müraciət edirəm.
Əminəm ki, korona deyiləm. Hələ də nə bir dərman, nə bir sahə həkimi yanıma gəlməyib. Hanı səhiyyə!?”

Daha ətraflı videoda:

https://vt.tiktok.com/ZSRNDSoay/?k=1

Həmçinin oxuyun

Mirismayılın köməyinizə ehtiyacı var – FOTO

Balaca Mirismayılın sizin dəstəyinizə ehtiyacı var.  Bu barədə uşağın atası Mirvaleh Ağalarov məlumat verib.  Uşağın atası …