Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Tibb / Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri qidadan zəhərlənib? – İDDİA

Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri qidadan zəhərlənib? – İDDİA

Aldığımız reyri-rəsmi məlumata görə Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzov bir neçə gün əvvəl qidadan zəhərlənib. Onun hansı şəraitdə (məclisdə, yaxud evdə) və hansı qidadan zəhərləndiyi barədə məlumat yoxdur.

Mənbənin verdiyi məlumatda bildirilir ki, Agentlik rəhbəri böyük ehtimalla həmin qidanın istehsal olunduğu, yaxud satıldığı obyektdə əməkdaş göndərmək məqsədi ilə axşam saatlarında rəhbəri olduğu qurumun “Qaynar xətti”nə zəng edib, lakin zəngə cavab verən olmayıb.

Bundan bərk əsəbləşən Agentlik rəhbəri səhər işə gələn kimi işçilərin iş qrafikində dəyişiklik edir. Belə ki, o günə kimi saat 9:00-dan 18:00-dək davam edən iş saatı əməkhaqqında heç bir artım edilmədən saat 21:00-dək uzadıldığı barədə qərarını elan edir.

Mənbənin verdiyi məlumatda o da bildirilir ki, Agentlik rəhbəri Qoşqar Təhməzovun tapşırığı əsasında, günboyu operativliyi təmin etmək məqsədi ilə qrafiklə gecə növbəsi təşkil olunacaq.

Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. (Millətinsəsi)

Qarşı tərəfində mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Mirkazım Seyidovun sağlıq durumu ağırdı – Heydər Əliyev Fonduna müraciət edildi

Tanınmış ictimai-siyasi xadim, Azərbaycan və Rusiya dövlətlərininin ali mükafatlarının laureatı Mirkazım Seyidov hazırda 1 saylı …