Cümə , Yanvar 22 2021
Ana səhifə / Tibb / Qanda şəkəri kəskin artıran qidalar – Siyahı

Qanda şəkəri kəskin artıran qidalar – Siyahı

Hətta faydalı bildiyimiz bəzi ərzaqlar da sağlamlığa zərərlidir. Məsələn qanda qlükozanı kəskin artıran bəzi qidalar gələcəkdə sizi diabet xəstəsi edə bilər.
BakuPost qlikemik indeksi 70-dən yuxarı olan ərzaqların hansı halda qlükozanı artırdırdığını təqdim edir:
Mütəxəssislər bildirir ki, çiy kökün qlikemik indeksi 40-dır. Amma onu bişirdikdə 85-ə qalxır. Ona görə bişirilmiş kök qanda şəkəri çox qaldırır.

Vitaminlərlə zəngin kabak və qarpız da istənilən halda qlikemik indeksi 80-ni keçir. 100 qramdan artıq yemək olmaz.

Cilalanmış düyü (hazırda marketlərdə satılan ağ düyü) və kartof da 90 indeksi keçir. Bu ərzaqları da çox yemək olmaz. Cilalanmamış yabanı düyü isə indeksi 50-dir, o daha faydalıdır.

Həmçinin oxuyun

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi MM-də müzakirəyə çıxarılacaq

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Bu barədə “Report”a Milli Məclisin …