Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Tibb / Qan qrupu ikinci olanlar koronavirusu daha ağır keçirir

Qan qrupu ikinci olanlar koronavirusu daha ağır keçirir

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrdə xəstəliyin şiddəti ilə qan qrupu arasında əlaqənin olduğu ortaya çıxıb. Çinin tibb müəssisələrində, ABŞ-ın Kolumbiya Universitetində və İranın Mazandaran Tibb Universitetində müstəqil tədqiqatlar aparan alimlər bu nəticəyə gəliblər.

Bu barədə “The New England Journal of Medicine” jurnalı geniş məqalə dərc edib.

Tədqiqatçılar hesab edirlər ki, ikinci qan qrupuna aid olan şəxslərin koronavirusu daha ağır keçirmə riski yüksəkdir. Bundan əlavə, üçüncü və dördüncü qan qrupları üçün şiddətli xəstəlik riski ikinciyə nisbətən daha azdır, lakin birincilərə nisbətən daha çoxdur.

“Qan qrupunun təsiri nəzərdən keçirdiyimiz risk faktorları ilə izah edilmir (bura yaş, cinsiyyət, yüksək təzyiq, şəkərli diabet, artıq çəki, xroniki ürək-damar xəstəlikləri və ağciyər xəstəlikləri daxildir)”, – tədqiqatçılar izah edirlər. Beləliklə, xroniki xəstəliklərin koronavirus infeksiyasının şiddətinə təsiri araşdırılmayıb. Tədqiqatçılar həmçinin bunun ilkin nəticə olduğunu və əlavə araşdırma və təsdiq tələb etdiyini vurğulayıblar.

Qeyd edək ki, daha əvvəl Britaniyanın Sauthempton Universitetinin tədqiqatçıları koronavirusu müalicə etmək üçün inqalyator hazırlamışdılar. Cihaz xəstəliyin erkən mərhələsində terapiya üçün nəzərdə tutulub. Tədqiqat müəlliflərinin fikrincə, “COVID-19” ilə müalicəyə vaxtında başlanılsa, ölüm də daxil olmaqla ən ağır fəsadların qarşısını almaq mümkün olar. Virtualaz.org

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …