Cümə , Aprel 19 2024
Ana səhifə / Tibb / Qalmaqallı kosmetoloqdan 1-ci Vitse Prezidentə şikayət: “Sizinlə olan foto-şəkildən istifadə edərək…”

Qalmaqallı kosmetoloqdan 1-ci Vitse Prezidentə şikayət: “Sizinlə olan foto-şəkildən istifadə edərək…”

Kosmetoloq Elnarə Rzayevanın əməllərindən zərərçəkmiş daha bir vətəndaş dövlət qurumlarına şikayət ünvanlayıb. Şikayətin bir nüsxəsi də Azinforum.az İnformasiya Portalına göndərilib. Xanım şikayətçi bizdən mövzunun ictimailəşməsini xahiş edir.  Həmin şikayət ərizəsini olduğu kimi təqdim edirik:

“Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Nəsimi rayon Polis İdarəsinin rəisinə

Vət. Firudinova Validə Musa qızı Bakı şəh. Qaradağ r-nu, Lökbatan qəs-si, Ə.Məhəmmədov küç.ev9, mən.1

Tel.055 611 61 18

Ərizə

Çox hörmətli Mehriban xanım! Rastlaşdığım haqsızlıqlar və həkim olmayan, xüsusi icazəsi və lisenziyası olmayan “kosmetoloq” Rzayeva Elnarə Ramiz qızının qanunsuz əməllərinin mən və qızım Cəmilə Məmmədova qurbanı olmuşuq. Məsələ isə aşağdakılardan ibarətdir: adı gedən “həkim-kosmetoloq” Elnarə Rzayevaya məxsus instaqram sosial şöbəkəsindəki “DR_elnara_rzayeva”adlı hesabda mənim qalib olmağımı mənə məlum etmiş və 30% endirimlə burun nahiyəmin kiçildilməsi prosedurunun qazandığım bildirilmişdir. Həmin prosedurda iştirak etmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərova 4 saylı ünvanda yerləşən gözəllik salonuna gedərək, burun nahiyəmin kiçildilməsi üçün həmin nahiyəmə inyeksiya edilmişdir. Üstündən bir müddət keçəndən sonra, həmin ünvana gəlmiş və nəticənin  olmadığının  şahidi olmuşuq. Buna cavab olaraq, ödədiyim pul vəsaitin  Elnarə Rzayevadan geri tələb etsəm də, o məni və qızımı hədəliyərək, bizi döymüş, bizə xəsarətlər yetirmiş və sair. Lakin əsas məsələ ondan ibarətdir ki, Elnarə Rzayeva adlı şəxs Sizinlə olan foto-şəkildən istifadə edərək, hər yerdə məlum edir ki, “Azərbaycan Respublikasının heç bir inzibati orqanları, həmçinin məhkəməsi mənə heç nə edə bilməz, mən çox yüksək şəxslərin qohumuyam və məni güclü havadarlarım vardır”. Bunların hamısının yalan olduğunu bizə məlumdur, çünki Sizin çox yüksək mədəniyyətə və hər bir qanunsuz əməllərə qarşı olduğunuzu və ciçəklənən müstəqil Azərbaycan üçün çoxsaylı tərifəlaiq işlər görməkdəsiz. Azərbaycan Səmasının Sönməz Günəşi Üç Rəngli Bayrağın və Müstəqil Ölkənin quruçusu Ulu Öndər Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşamağımla fəxr edirəm və Sizdən xahiş edirəm, adınızdan istifadə edən , çoxsaylı insanları aldadaraq, sağlamlığına ziyan vurmuş və vurmaqda olan Rusiya Federasiyasının vətəndaşı Rzayeva Elnarə Ramiz qızının qarşısını alınmasına və ciddi cəzalandırılmasına göstəriş verəsiniz.

Böyük hörmətlə, V.Firudinova”

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …