Ana səhifə / Tibb / Professor: “Pandemiya cinsi yolla keçən infeksiyalara yoluxmanı azaldacaq”

Professor: “Pandemiya cinsi yolla keçən infeksiyalara yoluxmanı azaldacaq”

“Koronavirus pandemiyası dövründə tətbiq olunan karantin zamanı insanlar arasında sıx təmaslar azalaraq minimuma enəcək, təbii ki bu da cinsi yolla keçən infeksiyalara yoluxmanı azaldacaq. Həmçinin, fotodermatoz, kontakt dermatit kimi xəstəliklərin də sayında azalma müşahidə olunacaq”.

Bunu Azərbaycan Tibb Unirversitetinin Dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov deyib.

O bildirib ki, dermotovenerologiya özündə həm dəri xəstəliklərini, həm də cinsi yolla keçən xəstəlikləri birləşdirir:

“Dəri xəstəlikləri etimologiyasina görə infeksion və qeyri-infeksion olmaqla ayırd olunur. Qeyri-infeksion xəstəliklər isə bir çox hallarda polietioloji olur. Cinsi yolla keçən xəstəliklər əvvəllər zöhrəvi xəstəliklər adlandırılırdı və bizə 4 belə xəstəlik məlum idisə, indi artıq 50-dən çoxdur, bu da diaqnostik metodların, cihazların inkişafı ilə əlaqədardır”.

Mütəxəssis qeyd edib ki, ötən əsrin 90-ci illərinə qədər Azərbaycanda cinsi yolla keçən xəstəliklər çox deyildi, əsasən, qonokokk infeksiyası və trixomoniaz idi: “Son 25 ildə artmış bəd xəstəliklərdən biri də sifilisdir. Lakin son 2 ildə də stabilləşmə müşahidə olunur. Sovet dönəmində zöhrəvi xəstələr müalicəyə məcburi cəlb olunurdular. Lakin indi müalicə şəraitini xəstələr özləri seçir, bəzi hallarda anonim şəkildə də müalicə alırlar ki, bu da statistikaya təsir göstərir. Hazırda bu tip xəstəliklər üzrə müayinə və müalicələrin daha ciddi olması, aparılması üzrə işlər gedir”.

Həmçinin oxuyun

Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı varmı? – Açıqlama

“Ümumiyyətlə, ölkəmizdə tibb sahəsində kadr çatışmazlığı yoxdur. Koronavirusdan əvvəl də tibb sahəsində həkim qıtlığı mövcud …