Ana səhifə / Tibb / Post – Qaralova dönəmini yaşayan Abşeron Rayon Mərkəzi Xəstəxanasında indi vəziyyət necədir? – Foto

Post – Qaralova dönəmini yaşayan Abşeron Rayon Mərkəzi Xəstəxanasında indi vəziyyət necədir? – Foto

Məlum olduğu kimi, ötən ilin sonlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. Xəstəxananın keçmiş direktoru, sabiq Baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun isə qızı Mehriban Qaralova olub. Onun fəaliyyəti  barədə  mediada kifayət qədər tənqidi materiallar yayılıb. 

Bir neçə dəfə Azinforum.az saytı olaraq biz də sözügedən tibb müəsissəsi ilə bağlı tənqidi materiallar dərc etmişik. Xəstəxananın fəaliyyətinə yaxın bələd olanlar bilir ki, ora daxil olana şəxs tibb müəsissəsində deyil, sanki bazarda özünü hiss edirdi. Növbə sistemi demək olar ki, yox idi. İnsanlar növbə tutmaq üçün az qala bir-birinin kürəyinə çıxırdı. Avtomobillər xəstəxananın həyətində necə gəldi park edilirdi. Gündəlik kifayət qədər maliyyə dövriyyəsi olan xəstəxanada nağdsız ödənişlər qəbul edlmirdi. Bu da real   dövriyyəni gizlətmək, daxil olan vəsaitləri mənimsəmək məqsədilə edilirdi.  Hazırda xəstəxanadakı real vəziyyətin necə olması ilə tanış olmaq üçün oradan reportaj hazırlamaq qərarına gəldik.

Xəstəxanadan bizə bildirildi ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının  xidmət səviyyəsinin yüksəldilməsi üçün əsaslı dəyişikliklər aparılır.  Müraciət sayının çoxluğunu nəzərə alaraq Qeydiyyat bölməsini böyüdülüb. Xəstəxanaya müraciət edən vətəndaşların, nəqliyyat vasitələrinin gediş- gəlişin tənzimləmək və təhlükəsizliyini təmin etmək məqsədilə şlaqbaumlar quraşdırılıb. Laborator müayinələr üçün yerləşdirilmiş elektron lövhələr düzəldilib. Əmək qabiliyyətini itirmiş vətəndaşlarımız üçün əlil arabaları gətirilib. Ən əsası ixtisaslı kadrların müəssisəyə cəlb edilməsi də təmin edilir. Nəzərə çarpan fərqi hiss etmək üçün əvvəlki və hazırda çəkilən bəzi fotoşəkilləri təqdim edirik:

Qeyd edək ki, xəstəxanaya təyin edilən yeni direktor Azər İsmayılov 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirib. 2009-2015-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsində ümumi cərrahiyyə üzrə uzmanlıq təhsil alıb. 2017-2021-ci illər ərzində Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 2021-2022-ci illər ərzində isə Respublika Klinik Xəstəxanasında direktor kimi fəaliyyət göstərib.

Yaxın günlərdə xəstəxananın digər xidmətlərində olan dəyişikliklərlə bağlı da ətraflı məlumat verəcəyik.

Çinarə Seyidova,

Azinforum.az

Həmçinin oxuyun

“Dövlət və özəl tibb müəssisələrində “Ultravist” yoxa çıxıb”

“Kontrastlı KT, angioqrafiya və bir çox kontrastlı rentgen müayinələrində istifadə edilən “Ultravist” kontrast maddəsi həm …