Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Tibb / Pomidoru belə yemək ürəyə ziyandır – Professordan xəbərdarlıq

Pomidoru belə yemək ürəyə ziyandır – Professordan xəbərdarlıq

Tibb elmləri doktoru, professor Aleksey Kovalkov bəzi ürək-damar xəstələri və yaşlı insanlara pomidorla bağlı vacib tövsiyə verib. O, pomidoru süd məhsulu və pendirlə yeməyin zərərli olmasından danışıb.

Medicina.az xəbər verir ki, professorla pendirlə pomidoru birgə yeməyin damar divarlarına duz çöküntüsü verdiyini deyib.
“Əgər həftədə bir dəfə pomidoru ağ və ya mosarella pendiri və zeytun yağı ilə qarışdırıb, yunansayağı salat edib yeyirsizsə, yeyin. Yox əgər hər gün pomidorla pendir süfrədədirsə, o zaman bu kalsimun bədənə sovrulmasına mane olacaq, pomidorda olan duzlar kalsiumun damarlarda çökməsinə səbəb olacaq. Bu isə ürək-damar xəstələri üçün təhlükəlidir.
Orqanizmdə artıq kalsiumun çökməsi ürək tutması riskini artırır”.
Xüsusən axşam və gecə pomidorla pendir yemək olmaz.
Şəkər və təzyiq xəstələri xüsusən diqqətli olsun.

Həmçinin oxuyun

Tualetə əsla telefonla girməyin: Bu xəstəliyə səbəb olur – VİDEO

Müasir dövrdə demək olar ki, hər kəs telefondan asılı bir vəziyyətə düşüb. Hətta bir çoxlarımız …