Bazar , Oktyabr 2 2022
Ana səhifə / Tibb / Parasetamolun satışı qadağan edildi – Uşaq ölümlərinə səbəb olur

Parasetamolun satışı qadağan edildi – Uşaq ölümlərinə səbəb olur

Qambiyada parasetamol siropunun satışı qadağan edilib.

Bakupost.az xarici mediaya istinadən bildirir ki, buna son aylar uşaq ölümlərinin sayının artması səbəb olub.

Belə ki, aparılan araşdırmalar nəticəsində uşaq ölümlərinə parasetemol siropunun səbəb ola biləcəyi anlaşılıb.

Qambiyanın Səhiyyə Xidmətlərinin direktoru Mustapha Bittaye məsələ ilə bağlı yazılı açıqlama verib:

“Səhiyyə Nazirliyi ölkədə uşaq ölümlərinin səbəblərini araşdırmaqda davam edir. Böyrək çatışmazlığı səbəbilə baş verən ölümlərlə bağlı davam edən təhqiqat çərçivəsində belə qənaətə gəlinib ki, mümkün səbəblər koli bakteriyası və parasetamol siropunun zəhərli olmasıdır”.

O, dərmanın alternativlərindən istifadə etməyi məsləhət görüb.

Qeyd edək ki, son aylarda Qambiyada ən azı 28 uşaq yerli istehsal olan parasetamol siropundan istifadə etdikdən 3-5 gün sonra ölüb.

Həmçinin oxuyun

Kardioloq əhalini ”Səssizqatil”-ə qalib gəlməyə səslədi – Video

Hipertəzyiq bədəndəki digər ciddi nasazlıqların siqnalı ola bilər. Yüksək qan təzyiqi müstəqil bir xəstəlik deyil, …