Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Tibb / Ötən il Azərbaycanda nə qədər uşaqda onkoloji xəstəlik aşkarlanıb?

Ötən il Azərbaycanda nə qədər uşaqda onkoloji xəstəlik aşkarlanıb?

Bu gün Ümumdünya Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür.

Bu barədə Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə APA-ya açıqlamasında bildirib ki, ötən il 167 uşaqda onkoloji xəstəlik aşkarlanıb.

Onun sözlərinə görə, həmin uşaqların hamısı müvafiq protokollar əsasında müalicə alıb:

“Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir. Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir”.

Qeyd edək ki, 2021-ci ildə isə Azərbaycanda 170 uşaqda onkoloji xəstəlik aşkarlanıb.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …